Milli Məclis Slovakiyada səfirlik açılmasını təsdiq edib.
Parlamentin növbədənkənkənar sessiyasını bu gün keçirilən “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyi qeyd edilib. Müakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin noyabr ayının 23-də qurulub. İndiyə qədər Azərbaycanın Avstriyadakı səfirliyi həmçinin Slovakiyada da fəaliyyət göstərir.
Bundan başqa Slovakiayada Azərbaycanın Konsulluğu var.