“Ölkəmiz çox düzgün xarici siyasət hədəflərini müəyyən edib”

0

Azərbaycanı müstəqil, güclü dövlət kimi görmək istəməyən qüvvələr var. Bu hər zaman da olacaq. Həmin məkrli güclər illərdir ki, öz mahiyyətlərini ortaya qoyaraq zəif nöqtələr axtarırlar. Bu prosesdə ermənilərdən maksimum bir alət kimi istifadə olundu.

Bunu “Xalq Cəbhəsi”nə ekspert Əkrəm Bəydəmirli deyib.

Onun sözlərinə görə, 30 ilddən artıq davam edən Qarabağ məsələsinin regiona gətirdiyi fəlakətlər göz qabağındadır:

“Azərbaycan bütün bu təzyiqlərə nəinki dözdü, hətta 44 günlük II Qarabağ müharibəsində həmin məkrli qüvvələrin bütün planlarını alt-üst etdi. Prezident İlham Əliyevin çox düşünülmüş siyasəti nəticəsində Azərbaycan tarixi qələbəsini qazanaraq regionun siyasi-iqtisadi arxitekturasını dəyişdi. Bu gün dünyada çox təlatümlü proseslərin getdyi məqamda ölkəmiz çox düzgün xarici siyasət hədəflərini müəyyən edib. Təbii ki, Azərbaycana təzyiqlər olub və olacaq. Bütün bu çətinkləri dəf etmək üçün daxildə fundamental islahatların gerçəkləşməsi ilə bərabər xarici siyasətdə davam edən müsbət teddensiyaların davamı zəruridir”.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »