Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana gələcək.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
O, iyulun 11-də Şimali Kipr Türk Cümhuriyyətinə, iyulun 12-də isə Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində Numan Kurtulmuş Prezident İlham Əliyevlə və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.