Azərbaycanın Qarabağ iqtisadi bölgəsində məskunlaşmış Azərbaycan vətəndaşı olmağa potensial namizəd olacaq ermənilərin cəmiyyətə inteqrasiyası və onların təhlükəsizliyi mühüm məsələ olmaqla yanaşı Azərbaycanın bilavasitə vəzifəsidir. Azərbaycan dövləti bu vəzifəsini yaxşı bilir və bunun üçün hər bir addımlar atmağa hazırdır.
Bunu politoloq Azər Qasımov deyib.
Azərbaycan dövləti potensial vətəndaşları olmağa hazır olan Qarabağda yaşamağı seçən, onun qanunlarını qəbul edən hər bir erməni əsilli şəxsi öz vətəndaşı olmasını üçün dialoqa hazır olub, indi də hazırdır:
“Bunun üçün ilkin addımlar atılıb, təkliflər edilib. Bu, ilk vaxtlar erməni əhalinin özünü rəhbər elan etmiş şəxsləri tərəfindən qəbul edilməsə də, bu dialoqun Azərbaycanın şərtləri daxilində gec-tez qəbul ediləcəyi şübhə doğurmurdu. Artıq belə bir təkliflərin onlar tərəfindən bəzi şərtlərlə səsləndirildiyi xəbərləri də gəlir. Amma, deyildiyi kimi burada şərtləri Azərbaycan dövləti qoyur və bu məsələdə kimlərinsə, xüsusi ilə də, Rusiyanın vasitəçilik fəaliyyətinə ehtiyac yoxdur.
Azərbaycan ciddi, beynəlxalq qanunlara əməl edən, sivil dövlətdir. O, qarşısındakı insanların da Azərbaycan dövləti daxilində hüquqlarının nə olacağını yaxşı bilir, çünki bu qanunlar Azərbaycan konstitusiyasında yazılıb və yeni qanunlar icad etməyə ehtiyac yoxdur.
Hər bir Azərbaycan vətəndaşı olacaq erməni bu qanunlara görə Azərbaycan ərazisində sərbəst yaşaya, fəaliyyət göstərə bilər.
Azərbaycanın əsas şərti danışıqların başlaması üçün Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələr tərksilah olunmalı, Ermənistan silahlı qüvvələrinin qalıqları ərazini tərk etməlidir. Ermənistan Qarabağdakı qanunsuz rejimin və burdakı silahlı dəstələrin maliyyələşdirilməsini dayandırmalıdır.
Hesab etmək olar ki, erməni əhali onları əhatə edən mühiti yaxşı görürlər və başa düşürlər. Doğru seçim onların taleyini həll edəcək”.