Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov bu ölkənin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi Maoz ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin Tvitter hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər İsrail və Azərbaycan arasında bir çox ikitərəfli məsələləri və əməkdaşlığı müzakirə ediblər.