Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının “başçı”sı Arayik Arutyunyanın son açıqlaması onu göstərir ki, artıq separatçılar da, mülki ermənilər də onlar üçün yolun sonunun gəldiyini və seçim etməli olduqlarını dərk edirlər.
Arayik rəsmi Bakının Xakəndidəki erməni vətəndaşları ilə danışıqlara başlamaq üçün öncə bir sıra şərtlər irəli sürdüyünü etiraf edib. Şərtlərdən biri budur ki, masaya oturmaq üçün ilk növbədə Qarabağda qondarma qurum buraxılmalı, silahlı erməni dəstələri tərksilah olunmalı və Qarabağdan çıxarılmalıdır. İkinci əsas şərt isə ermənilərin Azərbaycana reinteqrasiya olunmasıdır.
Bəli, Bakı yalnız bu iki tələblə çıxış edir. Başqa mövzuların müzakirə olunması hazırda Bakı üçün aktual deyil. Və istər separatçıların, istərsə də mülki ermənilərin Bakının iradəsi ilə razılaşmaqdan, bu iki tələblə hesablaşmaqdan başqa bir yolu yoxdur. Onlar bu tələbləri qeydsiz-şərtsiz yerinə yetirməlidirlər. Bu mənada Qarabağdakı ermənilərin gələcək taleyi Ermənistandakı revanşist erməni müxalifəti və radikal-millətçi Eçmiədzin kilsəsi ilə həmrəylikdən yox, Azərbaycanla reinteqrasiyadan asılıdır.
Bu arada Rusiya liderinə məktub yazıb yalvarmaq, İrandan və Fransadan mədəd ummaq heç də ağıllı çıxış yolu deyil. Qarabağdakı mülki ermənilər onları qanlı təxribatlara sürükləyən, Bakının təkliflərini qəbul etməyərək, müqavimət göstərəcəklərini bildirən Arayik Arutyunyanın arxasınca getməkdən imtina etməlidirlər. Hər bir erməni dərk etməlidir ki, separatçılığın perspektivi yoxdur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri