2022-ci il üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə ödənilən əməkhaqqının həcmi 2,063 mln manat olub.
Ölkə.Az xəbər verir ki, bu, 2021-ci il illə müqayisədə 1,8 dəfə çoxdur.
2022-ci ildə rəhbərliyə ödənişlər üzrə sosial fondlara ayırmalar isə illik müqayisədə 1,8 dəfə artaraq 489 min manat olub.
Qeyd edək ki, AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin birinci müavini Rəşad Orucov, digər müavini isə Əliyar Məmmədyarovdur. Bundan başqa, Mərkəzi Bankın 7 baş direktoru və sədrinin 2 müşaviri var.