“50 milyondan çox insanı birləşdirən atribut – Azərbaycan dili” layihəsinə başlanıb

0

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “50 milyondan çox insanı birləşdirən atribut – Azərbaycan dili” mövzusunda layihənin həyata keçirməsinə başlayıb.

ADİİM-in yaydığı Press-relizdə deyilir ki, günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur. Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq.

Layihənin məqsədi milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafına xidmət etməkdir.

QHT 3 aylıq layihə çərçivəsində internet resursları üzərindən həm daxildə, həm də xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin saflaşdırılması və qorunması istiqamətində təbliğat aparacaq. Bunun bağlı hazırlanacaq 5 yazının hər biri 10 yerli internet resursunda, eyni zamanda daha çox soydaşımızın yaşadığı Gürcüstan və Avropa ölkələrinin birində – Polşada fəaliyyət göstərən internet resurslarının Azərbaycan dili bölməsində ümumilikdə 4 yazı dərc ediləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »