Azərbaycan Ermənistan tərəfinin sərhədlərin demarkasiyası üzrə komissiya iclasının keçirilməsi təklifinə müsbət cavab verib.
Bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan məlumat verib.
“Güman edirəm ki, tezliklə görüşümüz olacaq”, – Qriqoryan bildirib.
O, gündəlikdə duran məsələlərin müzakirə olunacağını söyləyib. Mher Qriqoryan görüşün tarixi və yeri haqqında dəqiq məlumat olmadığını açıqlayıb.