“AzerGold”dan Gədəbəy hadisələrinə reaksiya

0

Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı bəyan etmək istərdik ki, sözügedən məsələ ilə AzerGold QSC-nin heç bir bağlılığı yoxdur.

Bu barədə səhmdar cəmiyyətin açıqlamasında bildirilib.

“Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsi ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti tərəfindən həyata keçirilir”, – məlumatda qeyd olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »