Ağcaqanadlar daha çox bu qan qruplarını seçirlər

0

Havalar istiləşdikcə ağcaqanadların sayı çoxalır. Bu da bizlərin əsl probleminə çevrilir. Araşdırmalara görə B qan qrupu olan insanların ağcaqanadlar tərəfindən sancılma ehtimalı ən aşağıdır, lakin bu, digər qan qrupları üçün o qədər də yaxşı xəbər deyil.

Medicina.az xəbər verir ki, terapevt İrina Andreyevnanın sözlərinə görə, əgər birinci qan qrupuna sahibsinizsə, bu, sizin üçün problem ola bilər.

“Ağcaqanadlar da müəyyən qan qruplarına üstünlük verirlər. Ən çox O (I) qan qrupunu, sonra A (II) qan qrupunu bəyənirlər və B (III) qan qrupunu daha az seçirlər. Tədqiqat da bunu təsdiqlədiyi üçün O (I) qan qrupunu qansoranların sevimlisi kimi qeyd edilir.

Tədqiqat qrupu müxtəlif qan qruplarına malik 64 nəfəri araşdıraraq Asiya pələngi ağcaqanadlarının kimlərə hücum etdiyini öyrənib. O (I) qan qrupu uçan həşəratlar arasında ən populyarı olub.

Dişləmə üçün başqa bir risk faktoru bioloji cins ola bilər. Ağcaqanadlar daha çox qadınları dişləyir”, – o bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »