Ermənistan tərəfindən şərti sərhəddə Zəngilan istiqamətində başlayan döyüşlər Moskva -Tehran tamdeminin planıdır..
Ötən gün yazmışdım ki, Ermənistan hərbi təxribatlara hazırlaşır. ABŞ- da öz vətəndaşlarına Azərbaycanla sərhəd rayonlarına getməməyi çağırış etmişdi. Ermənistan Zəngilan istiqamətində artilleriyadan istifadə edərək bölmələrimizə qarşı hərbi əməliyyatlara başlayıb.
Ermənistanın bu hərbi əməliyyatlara İran və Rusiya dəstək verir. May ayından başlayan ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqları Rusiya sıfıra endirdi. Xarici işlər nazirlərinin bu ayın 12 -də görüşünün baş tutmaması, məhz hərbi əməliyyatların başlanmasına gətirib çıxaracağı gözlənilən idi. Ermənistan tərəfindən Laçında NBM atəşə tutulması, ardınca hərbi əməliyyatlara başlaması planlaşdırımış və ssenarisi Moskvada hazırlanıb.
Nikol Paşinyanın Rusiya səfərindən sonra bu hərbi təxribatların başlaması təsadüfi deyil. Ermənistanla yenidən danışıqlar prosesi payızda başlayacaq. Payıza qədər Azərbaycan Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirməlidir.
Məhəmməd Əsədullazadə
Politoloq