Tanınmış aparıcı və model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyülüb.
Kult.az Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.
O, polisə müraciət edərək, həyatının təhlükədə olduğunu, ölümlə hədələndiyini bildirib və hücuma məruz qaldıqdan sonra çəkilmiş fotosunu paylaşıb.
DİN-dən sözügedən məsələnin araşdırıldığı bildirilib.