İspaniya Baş naziri Pedro Sançes parlamentin buraxılması barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, qərara əsasən, növbədənkənar seçkilər iyulun 23-ə təyin olunub.
Sançes qərarını rayon və bələdiyyə seçkilərində uduzmaları ilə əlaqələndirib.
Qeyd edək ki, daha öncə seçkilər 2023-cü ilin sonuna təyin olunmuşdu.