Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, o, rusiyalı həmkarı Nikolay Patruşevin dəvəti ilə təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrin XI Beynəlxalq toplantısına qatılacaq.
Tədbir mayın 23-25-də Moskvada keçiriləcək.