Tələbələr Xalq yazıçısı Kamal Abdulla ilə görüşüblər – FOTO +VİDEO

0

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin ölkənin tanınmış ziyalıları, elm və ictimai-siyasi xadimləri ilə növbəti görüş ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla ilə olub. 

İctimairey.az xəbər verir ki, bu dəfə onun görüşünə UNEC-in Tələbə-Rektoru Cabbar Cəlilov və Azərbaycan Dillər Universitetinin tələbəsi Sevinc Məhərrəmova gəliblər.

Öncə layihə rəhbəri Könül Quliyeva layihənin məqsəd, vəzifələri, görüləcək işlərlə bağlı qısa məlumat verib.

Daha sonra ölkədə dövlətin gənclərə qayğı və diqqətindən, həyata keçirilən proqramlardan, gənclərin ictimai işlərdə fəallığı ilə bağlı fikir mübadiləsi aparılıb.

K.Abdulla tələbələrlə söhbətində qeyd edib ki, qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Gənclər cəmiyyətin ən çox enerjili və yeni tendensiyalara açıq olan üzvləridir. Gənc nəslin bugünkü potensialı, xüsusən transformasiya və modernləşmə proseslərinin həyata keçirildiyi müasir cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.
Gənc nəslə qayğının göstərilməsi, diqqətin artırılması, onlara qoyulan sərmayə heç şübhəsiz dövlətin parlaq gələcəyinin təminatıdır.

Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə dövlətin nüfuzunun artması, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün respublikamızda yetərincə sağlam, vətənpərvər, yüksək intellektli gənclik formalaşıb.

O da vurğulanıb ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı genişlənib. Bütün bunlar heç şübhəsiz, gənclərin ictimai fəallığı sahəsində, cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması istiqamətində faydalı və olduqca əhəmiyyətli amillərdir.

Sonda Xalq yazışısı müasir dövrdə cəmiyyəti, xüsusilə də gəncləri düşündürən aktual problemlərlə bağlı tələbələrin suallarını cavablandırıb və öz tövsiyələrini verib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »