Kəsdiyi ağac başına düşdü, öldü

Daşkəsəndə ağac kəsən kişi başına budaq düşməsi nəticəsində ölüb.

Hadisə mayın 16-da rayonun Astaf kəndi ərazisində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Səməd Kamandar oğlu Həsənov meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Comments are closed.

Tərcümə »