Türkiyə prezidenliyinə namizəd, Məmləkət Partiyasının sədri Muharrem İncenin səhhətində problem yaranıb.
Bu barədə partiyanın deputatlığa namizədi Figen Okan “Twitter” hesabında paylaşım edib.
O qeyd edib ki, İncenin səhhətində yaranmış problemə görə İzmir və Manisada keçirilməsi nəzərdə tutulan mitinqləri təxirə salınıb.
Siyasətçi partiya liderinin vəziyyəti barədə məlumat verməyib.