COVID-19 pasportu olmayan şəxslərə pis xəbər

0

16 avqustdan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək.

Bu barədə məlumatı ”Xəzər Xəbər”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdri Fazil Talıbov deyib. Onun sözlərinə görə, dövlət sosial xidmətlərindən istifadə edən vətəndaşların peyvənd olunmaları vacibdir.

Eyni zamanda, vətəndaşların Nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

İctimairəy.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »