“Nikah və dəyərlərimiz”

0

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivədində “Nikah və dəyərlərimiz” mövsusunda Fəaliyyət Plana uyğun olaraq layihənin internet televiziyasında ilk müzakirəsi keçirlib.

Səs.tv-də aparılan müzakirədə tədqiqatçı Kəmalə Dadaşova mövzu ilə bağlı fikirlərini bildirib.

K. Dadaşova erkən nikahın fəsadlarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin vacibliyinə bir daha diqqəti çəkərək qeyd edib ki, bu kimi tədbirlər mütəmadi keçirilməli, sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da artırılmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir. Orta məktəblərdə davamlı təlimlər, seminarlar təşkil olunmalı, xüsusilə qızların təhsilə cəlb edilməsi istiqamətində vacib addımlar atılmalıdır.

Ekspert qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir.

Daha sonra ekspert aparıcının mövzu ilə bağlı suallarını cavablandıraraq tövsiyələrini verib.

Qeyd edək ki, layihə 3 aylıq nəzərdə tutulub və aprelin sonunda yekunlaşacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »