Ən böyük dǝyǝrlǝrdǝn biri tǝcrübǝdir

0

İndiki zamanda ǝn böyük dǝyǝrlǝrdǝn biri – tǝcrübǝdir. Tǝcrübǝ – bizim illǝr ǝrzindǝ fǝaliyyǝt sahǝmizdǝn asılı olaraq ǝldǝ etdiyimizdir.

Əvvǝllǝr hǝr hansı bir sahǝdǝ kiçik tǝcrübǝni belǝ qazanmaq üçün, biz dǝyǝrli vaxtımızın çox hissǝsini sǝrf etmǝli olurduq. Bu gün isǝ orta vǝ ali tǝhsil alanlar arasında müxtǝlif sahǝlǝr üzrǝ çoxsaylı tǝdbirlǝr keçirilir. Bu tǝdbirlǝr müǝyyǝn vǝ kiçik qruplar arasında deyil, mǝhz bütün gənclər üçün nǝzǝrdǝ tutulub. Keçirilǝn tǝdbirlǝr gǝnclǝrǝ dǝyǝrli tǝcrübǝ qazandırmaqla yanaşı, hǝm dǝ onların cǝmiyyǝtǝ yolunu açır, eyni zamanda insanlarla münasibǝtlǝri düzgün qurmaqla kömǝklik göstǝrir. Bu kimi tǝdbirlǝr yeni tanışlıqlar, dostluqlar qazanmaqda vǝ dünyağörüşünü genişlǝtmǝkdǝ yardımçı olur.

Belǝliklǝ, tǝlǝbǝnin yeni biliklǝr, tǝcrübǝ vǝ bacarıqlar ǝldǝ etmǝsindǝ yeganǝ maneǝ – istǝkdir. İndi isǝ mǝnim vǝ dostlarımın oxşar tǝdbirlǝrdǝ iştirak etmǝklǝ qazandığımşz tǝcrübǝ haqqında danışmaq istǝyirǝm.

2019-cu ildǝ OCEP tǝrǝfindǝn 21-27 iyul tarixlǝrindǝ keçirilǝn Avropa Gǝnclǝr Olimpiya festivalında könüllü olaraq iştirak etmişǝm. Bu tǝdbirdǝ iştirakım mǝnǝ ingilis dilindǝ qiymǝtli tǝcrübǝ qazandırdı, eyni zamanda ingilis dilinǝ olan marağı artırdı. Hǝm dǝ idmançılar tǝcrübǝlǝri vǝ keçdiklǝri çǝtin yol haqqında bizimlǝ bölüşdülǝr. Tanışlığımız sosial şǝbǝkǝlǝrdǝ dostluqla sonlandı.

Digǝr tǝcrübǝmi Qarabağda, ekoloji terrorla bağlı aksiyada iştirakim üçün Şuşaya yollandığım zaman qazandım. Bu sǝyahǝtdǝn sonra xǝbǝrlǝrǝ vǝ siyasǝtǝ olan marağım daha da artdı. Eyni zamanda rus dili biliklǝrim mǝnǝ Rusiya sülhmǝranlılarına aksiyanın mǝqsǝdini çatdırmaqda kömǝk oldu. Burada da yeni tanışlıqlar qazandım.

Dostlarımın tǝcrübǝlǝrinǝ gǝldikdǝ isǝ bunu deyǝ bilǝrǝm ki, onlar öz gǝlǝcǝk peşǝlǝri vǝ ixtisasları ilǝ bağlı yeni biliklǝrǝ yiyǝlǝniblǝr. Dostlarımdan biri insanlarla dialoq qurmaqda çǝtinlik çǝkirdi indi isǝ müxtǝlif tǝdbirlǝrdǝ çǝkinmǝdǝn iştirak edir.

Bu cür tǝdbirlǝrdǝ iştirakı vacib sayıram. Bǝli, aşağıdaki sözlǝri deyǝnlǝr ola bilǝr: “İşinin peşǝkarısansa sosiallaşmaqda ehtiyac yoxdur” vǝ ya “Bütün bu biliklǝri internetdǝn dǝ ǝldǝ etmǝk olar”. Razıyam, lakin insan cǝmiyyǝtdǝ çoxsaylı ǝlaqǝlǝr quraraq inkişaf edir. Bu cür tǝdbirlǝr müxtǝlif ünsiyyǝt növlǝrinǝ yiyǝlǝnmǝkdǝ, daha geniş praktik biliklǝr ǝldǝ etmǝkdǝ kömǝklik göstǝrir, hansı ki, teoriyada özünü daha aydın biruzǝ verir.
Buna görǝ düşünürǝm ki, bu kimi tǝdbirlǝr bütün gənclərə lazımdır. Gǝlǝcǝkdǝ tǝdbirlǝrin daha genişmiqyaslı olmasını vǝ daha çox gəncləri cǝlb etmǝsini istǝyǝrdim.

Mǝnim fikirimcə, nǝinki xaricilǝri öz tǝcrübǝlǝri ilǝ bölüşmǝk üçün dǝvǝt etmǝk, eyni zamanda da bizim gənclər üçün dǝ eyni şǝraiti yaratmaq lazımdır. Bu bizim gǝnclǝrǝ xarici ölkǝlǝrin mǝdǝniyyǝti vǝ digǝr innovasiyaları ilǝ tanış olmaqda kömǝk edǝcǝk.

Tahir Qurbanlı
Baki Dövlǝt Universitetin Beynǝlxalq münasibǝtlǝri vǝ iqtisadiyyat fakultǝsinin 1-ci kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »