Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinə direktor müavini təyin olunub.
“Unikal” xəbər verir ki, bu vəzifəyə Orxan Yusibov təyinat alıb. O bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb.
Qeyd edək ki, 33 yaşlı O.Yusibov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, İngiltərədə Eseks Universitetində (The University of Essex) Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb.
Comments are closed.