Sabah görmə məsafəsi məhdudlaşacaq

Sabah ölkənin bir sıra magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 17-də gecə və səhər saatlarında ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimalı var.

Comments are closed.

Tərcümə »