Azərbaycan ərazilərində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti Qarabağdan daha 63 Rusiya vətəndaşını təxliyə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Rusiya sülhməramlılarının teleqram kanalında paylaşılıb.
Məlumata görə, burada söhbət daha əvvəldən Qarabağa gələn Rusiya vətəndaşlarından gedir. Təxliyə edilənlərin 5-nin uşaq olduğu bildirilir.