Prezidentin yüksək vəzifə verdiyi Zaur Mikayılov kimdir?

0

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yeni Agentliyin tərkibinə verilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Xatırladırıq ki, Z.Mikayılov ali təhsilini Türkiyənin Boğaziçi Universitetində alıb. O, 2001–2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi işləyib. 2009-2015-ci illərdə “Port Baku”nun baş meneceri olmaqla yanaşı, bir sıra yüksək vəzifələri icra edib. 2015-2016-cı illərdə “Paşa İnşaat”da, 2016-2018-ci illərdə isə “Agro Supply” MMC-nin direktoru vəzifəsində çalışıb.

Z.Mikayılov 2018-ci ilin noyabrından 2021-ci ilin yanvarına qədər Azərbaycan Supermarket MMC-nin direktoru vəzifəsində işləyib. Bu MMC-yə ölkənin ən böyük marketlər şəbəkəsi olan “Bravo” supermarketlər şəbəkəsi daxildir.

2021-ci il 5 apreldə Prezidentin sərəncamı ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »