Dünyanın heyran həkim İbn Sinanın əsrlər əvvəl əsil orucu necə açmalı deyə tövsiyyələri diqqət çəkib. Tutduğumuz oruclar ildən ilə cana öz təsiri göstərir. Bəs əslində oruc necə düzgün açmalı? Bu sualı İbn Sina belə açıqlayır:
- Hər il “Ramazan ayı”nda iftardan sonra sağlamlıqla bağlı bəzi rahatsızlıqlar olur. İbn Sina əsrlər əvvəl bununla bağlı bir sıra yemək-həzm qaydalarını açıqlamışdı. İlk baxışda bəsit görünən, ancaq gələcəkdə səhhətimizlə bağlı üzləşəcəyimiz bir sıra problemləri anında önləmək kimi köklü vərdişlərimiz olmalıdır. Bununla bağlı iftar süfrə mədəniyyətində doğruları yanlışlardan ayırmaq lazımdır.
- İnsanlar iftar süfrəsində azan oxunduğu zaman orucunu su və ya şorba ilə açırlar. Araşdırmalara görə, orucu duru yeməklə açdıqda mədə-bağırsaqda rahatsızlıqlar əmələ gəlir. Bu, Peyğəmbər əfəndimizin bir sünnətini yada salır: rəvayətə görə Həzrəti Peyğəmbərimiz orucu ya bir xurma, ya da 2 zeytunla açardı. Məsələ ondadır ki, gün boyu mədədə yaranan mədə turşusu birdən-birə hərəkət edə bilmir. Onu hərəkətə gətirən yalnız qatı maddələri fermentləşdirmək fürsətidir. Bunun əvəzində birbaşa maye qəbul edildikdə mədə turşusu digər həzm orqanlarına birbaşa axacaqdır. Mədə turşusunun tənzimlənməsi pozulduqda (saxlana bilmədikdə) mədədə yanma, bağırsaqlarda isə sağlam bakteriyaların məhv olması müşayiət olunur.
- Dünyaca məşhur islam alimi İbn Sinanın bununla bağlı şəfa təlimində bir sıra tövsiyyələri diqqətinizə çatdırırıq: 1) orucu xurma, ərik qurusu, əncir qurusu və ya zeytunla açmalı . Bu çərəzlər həzm sisteminin fəaliyyətinə çox xeyirlidir, belə ki, bağırsaqları yumşaldan bədən liflərinin qaynağı olaraq müsbət təsir edir. Odur ki, iftarı açmanın ən doğru yolu süfrədə onlara da yer ayırmaqdır; 2) Həmin çərəzlərdən sonra bir stəkan ilıq su içmək; 3) Yalnız bundan sonra ilıq şorbanı süfrəyə vermək olar.
mənbə: xarici KİV