Kürqırağı quraşdırılmış su nasos stansiyalarının fəaliyyəti bərpa olunub

0

Kürqırağı quraşdırılmış su nasos stansiyalarının fəaliyyəti bərpa olunub.

“Report”un Aran bürosunun məlumatına görə, bir müddət əvvəl dəniz suyunun Kür çayına qarışmasının qarşısını almaq məqsədilə deltada suaşıran bənd vurulub. Buna baxmayaraq, çayda suyun səviyyəsi minimum həddən aşağı olduğundan Kür Xəzərə qovuşa bilmirdi.

Nəhayət son günlər Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi bir metrə qədər qalxıb. Nəticədə Kür çayı suaşıran bəndin üzərindən keçməklə Xəzər dənizinə qovuşub.

Bununla da rayonda əkin sahələrinin suvarılmasında yaranmış çətinliklər də aradan qaldırılıb.

Kür quruyur - Həyəcan təbili niyə çalınmır? - QORXUNC SƏBƏBLƏR | KONKRET Son günlər Kür çayının aşağı hissəsində suyun səviyyəsinin artması müşahidə  olunur - açıqlama - AZƏRTAC

Leave A Reply

Your email address will not be published.

Tərcümə »