Ağdaşda azyaşlı bacı və qardaş zəhərlənib.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, rayon sakinləri olan 4 yaşlı N.Abdullayeva və qardaşı M.Abdullayev evdə nəzarətsiz qaldıqları zaman siçan dərmanı içiblər. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər və tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə belə cavab verildi: “2019-cu il təvəllüdlü və 2023-cü il təvəllüdlü vətəndaşlar 24.03.2023-cü il tarixində Ağdaş Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olduqdan sonra evə buraxılıblar”.
Faktla bağlı araşdırma aparılır.