Katoliklərin ruhani lideri Papa Fransiskin geyimi sosial mediada ən çox müzakirə edilən paylaşımlardan birinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, xüsusilə xarici mətbuatda etdiyi və dedikləri ilə daim danışılan Papa Fransisk bu dəfə gödəkçəsi ilə gündəm olub.
Bəzi sosial media istifadəçiləri ağ gödəkçənin “moda nümayişlərindən ilham alaraq hazırlandığını” şərh ediblər.