“Kosmik qızılgül” – Quran dedi, NASA kəşf etdi

0

İlahiyyatçı, şərqşünas Samin Məmmədov “Reaksiya Tv” yutub kanalına verdiyi müsahibədə maraqlı açıqlamalarla yadda qalıb. Onlardan  biri  NASA-nın tədqiqatları ilə Quran ayələrinin müqayisəsi ilə bağlıdır. Samin Məmmədov: “Səmanın qızılgülə bənzəyəcəyini “Quran” dedi və NASA kəşf etdi. Uca Allah Qurani-Kərimdə buyurur ki, (ərəb dilində deyilişindən sonra azərbaycan dilində təkrar söylənilir) Göy yarılarkən boyalara bənzər qızılgülə dönəcəkdir (“Rəhman” surəsi, 37-ci ayə). Tərcüməçilər qızılgül sözünü bəzən qırmızı deyə tərcümə edirlər. Çünki, ərəbcə deyilişdə  qırmızı sözü də işlənir. Alimlər deyirlər ki, ulduz da insan kimi yaranır, doğulur, böyüyür, ölür. NASA-nın rəsmi saytında “Star Explosion Lives Behind a Rose” başlığı altında maraqlı kosmik fotolar verilib. Həmin başlığın ingiliscədən tərcüməsi belədir – Ulduz partlayışı geridə bir qızılgül qoyur (şəkildən göründüyü kimi).” Həmçinin “Rose nebula”nın adı çəkilir.  NASA-nın şərhinə görə nebula kosmosda olan qaz, toz qalıqlarıdır ki, ulduzlar partlayandan sonra  nebula kütləsinə çevrilib, “qızılgül” əmələ gətirir.” İlahiyyatçı əlavə edir ki, NASA-nın bununla bağlı  paylaşımlarından biri də  “kosmik qızılgül”  (cosmic rose) adı ilə saytda yer alıb… Qiyamət günü bütün insanların öləcəyi halda, tək-tək insanlar hər gün ölməkdədirlər. Allah-Təala onu da bildirir ki, həmin “Qiyamət günü”ndə  bütün səma qızılgülə oxşayacaqdır, lakin indi tək-tək ölən ulduzlar var. Həmin ulduzlar öldükcə qızılgülə dönürlər…Allah-Təala bunu göstərməklə bizə bildirmək istəyir ki, siz qiyamət gününə inanın!” -deyə ilahiyyatçı bildirib və dini söhbətlərini davam etdirib.

 

 

Cosmic rose | Astronomy.com

Leave A Reply

Your email address will not be published.

Tərcümə »