Şəmkirdə zəlzələ olub.
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 4 bal, dərinliyi 9 kilometr olub.