Aynur Rzayeva Azərbaycanın boks tarixinə düşüb

0

Azərbaycanın qadın boksçusu Aynur Rzayeva ölkənin boks tarixinə düşüb.

Federasiyadan “Report”a verilən məlumata görə, o, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə buna nail olub.

+81 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının finalçısı 1/4 finalda Selin Li-Loya (Yeni Zelandiya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək, ən azı bürünc medalı təmin edib.

Rzayeva mundiallarda yarımfinala qədər irəliləyən ilk azərbaycanlı qadın boksçu olub. Yığma dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığından, boksçu 9 illik uğursuz seriyaya da son qoyub.

Aynur Rzayeva yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »