Martın 16-da saat 01 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində 1993-cü il təvəllüdlü Əli Seyidlinin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.