Bakıda olmaq şərəfdir, bu gözəl fürsətdir. Bu gün dünyada zaman keçdikcə islamofobiya aktuallığını saxlayır.
Bu barədə G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham Bakıda İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda bildirib.
“G20 dinlərarası dialoq forumunun iqtisadi tərəfləri mövcuddur. Lakin son 10 il ərzində tarixə nəzər yetirdikdə görürük ki, G20 fəaliyyətini artırıb. Ədalətli iqtisadi askpektlərə diqqət yetirilir. Bir sıra istiqamətlər var ki, dinlə sıx əlaqəlidir. Bu məsələlərin əhəmiyyətini anlayırıq. İslamofobiya müzakirə aparılıb, həll olunmalıdır. Qarşımızda duran çağırışlardan biri dini liderləri bu sahəyə səfərbər etməkdir. Dini liderlər çox vaxt təhdidlərlə üzləşirlər. G20 dinlər arasında sülhün bərqərar olunmasına diqqət edir. Bu məsələlər bizi narahat edir. Biz artan qütbləşmiş dünyada yaşayırıq, bundan əziyyət çəkirik, ona görə də qütbləşmə azaldılmalıdır”, – deyə Kol Durham vurğulayıb.