Bakıda vəzifəli şəxslərə cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, “RT Ravel” və R.T.Group Akademiya MMC və Kale Dershanesi və Vish Travel MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaq zamanı RT Ravel MMC və R.T.Group Akademiya MMC-nin təsisçisi və direktoru Rasim Məmmədovun, Kale Dershanesi və Vish Travel MMC-nin təsisçisi və direktoru Xəyal Yusubovla birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xaricdə təhsil və iş vizalarının təşkili adı altında müxtəlif şəxslərə məxsus ümumilikdə 164 min manatdan artıq pul vəsaitini ələ keçirməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi baxılması üçün aidiyyətı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.