Naxçıvanda deputat işdən çıxarıldı – Yeni təyinat

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə yeni direktor təyin olunub.

APA xəbər verir ki, bu gün məktəbin müəllimi Tahirə Qasımova direktor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, fevralın 1-də məktəbə yeni təyin edilən direktor Turan Məmmədli ilə müəllimlər arasında insident baş vermişdi və müəllimlər dərs saatlarının azaldılmasına şikayətlərini bildirmək məqsədi ilə dərsə girməmişdilər. 2 gün sonra isə direktor vəzifəsindən azad edilib.

Turan Məmmədli Naxçıvan Ali Məclisinin deputatıdır.

Comments are closed.

Tərcümə »