Bakının məşhur parkı bağlandı

0

Oturacaqları qırılan, uşaqlar üçün ayrılan əyləncə məkanları, istirahət zonası uzun müddət istifadədən dolayı qismən yararsız hala düşən Nərimanov parkı təmirə bağlanıb.

Bu barədə Oxu.az-a Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət parkında əsaslı təmir işlərinə başlanılır:

“Aparılacaq əsaslı təmir işləri çərçivəsində parkda tamet-daş üzlüklərin dəyişilməsi, müasir oturacaqların quraşdırılması, fəvvarə meydanının yenidən qurulması, yeni yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, parkın ərazisində yerləşən ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda təmiri, yeni işıq dirəkləri, eləcə də uşaqların, gənclərin, həmçinin yaşlı nəslin asudə vaxtlarının səmərəli, sağlam və əyləncəli keçirmələri üçün idman qurğularının quraşdırılması, uşaq meydançası və istirahət guşələrinin yaradılması da planlaşdırılıb. Qeyd edək ki, aparılacaq abadlıq və təmir işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »