“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi ilə “ Dəyərlərimizə sahib çıxaq” adlı layihənin icrasına başlayıb. İlk tədbir Ağsu rayonunun 3 saylı tam orta məktəbində 03 fevral 2023 -cü il tarixində həyata keçirilib.
Tədbirdə rayon gənclərinin nümayəndələri, məktəblərin yuxarı sinif şagirdləri və rayon ziyalıları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Ağsu rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Umud Cavid açaraq iştirakçıları salamladı və tədbirin məqsədi haqqında məlumat verdi. Layihənin təlimçisi tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova mövzu haqqında geniş məruzə ilə çıxış etdi.
O xalqımızın özünə məxsus yüksək dəyərlərinin son zamanlar az qala unudulduğu qeyd etdi. Əsasən də gənc nəsil xalqımızın 1000 illər boyunca formalaşmış mənəvi, əxlaqı dəyərlərimizə yad olan ənənələrə meyl edirlər. Ağsu şəhər 1 saylı məktəbin direktoru Sənan Nemətov, 3 saylı məktəbin direktoru Leyla Rüstəmova öz çixişlarında gənclərə dəyərlərimizə hörmətlə yanaşmalarını tövsüyə etdilər. Xalqımızın özünə məxsus dəyərlər vardır. Ailəyə sədaqət, mərdlik, köməksizlərə dayaq, qonaqpərvərlik, ağsaqqallara, özündən böyüklərə ehtiram, vətənə, milli kökə bağlılıq, dostluğa sədaqət, düzlüyə aparan inam, abır həya, ismətin qorunması və s.
Gənclərə milli kimliyimizi, dəyərlərimizi dərindən öyrənmək və onları gələcək nəsillərə çatdırmaq tövsüyə olundu