“Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsinə start verilib

0

XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsinə start verib.

Layihənin rəhbəri Könül Quliyevanın İctimairey.az-a verdiyi məlumata görə, əsas məqsəd qızlar arasında təhsildən yaynmanın fəsadlarını təlqin etmək, onlara milli-mənəvi dəyərlərimizi aşılamaq, təhsillərini yarımçıq qoyub işlərə, erkən nikaha girmələrinin faciələrə səbəb olacağını həm hüquqi, həm də psixoloji aspektlərdən aşılamaqdır.

K.Quliyeva qeyd edib ki, qızlar arasında təhsildən yayınma hallarının qarşısının almaq, elm və təhsil almalarını, onlara hüquqlarını aşılamaq günün tələbidir: “Qızlar arasında təhsildən yaynma halları və müxtəlif işlərə cəlb olunmaları, erkən nikaha girmələri həm onların, həm də cəmiyyətin bəlası, problemi, təhlükəsidir. Eyni zamanda bu yola qədəm qoyan yeniyetmə, gənc arzularını yarımçıq qoyur. Nə ailəsinə, nə valideynlərinə, nə də övladlarına yararlı olur, ümumilikdə, cəmiyyət üçün faydasız, yararsız bir şəxsə çevrilir. Təhsilsiz bir qadın həmişə hüquqsuz olur, zorakılığa məruz qalır, qurbana çevrilir. Bu hansısa bir qızın, xanımın yox, cəmiyyətimizin problemidir”.

Layihə rəhbəri onu da vurğulayıb ki, QHT layihə çərçivəsində 3 istiqamətdə maarifləndirici tədbirləri həyata keçirməyi planlaşdırır. Layihə mövzusu ilə bağlı Xəzər rayonunda 2 orta məktəbdə (hər birində 1 tədbir) qızlar arasında maarifləndirici tədbir keçirmək, İnternet tv-lərin birində 4 maarifləndirici veriliş hazırlamaq və hər biri 5 yerli internet resursunda  5 (ümumilikdə 25) maarifləndirici yazının dərcini ictimailəşdirmək.

Layihə müddəti 3 ay nəzərdə tutulub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »