Azərbaycanlı referi “İnter”in oyununa təyinat aldı

0

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

O, Polşada Ukraynanın “Rux” (Lvov) və İtaliyanın “İnter” komandası arasında keçiriləcək Gənclər Liqasının pley-off oyununu idarə edəcək.

Məsiyevə laynsmanlar qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını polşalı Yatsek Malişek yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 8-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »