İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub.
Bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 09:55-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb.
Yeraltı təkanlar Naxçıvanda 3 bala qədər hiss olunub.
Qeyd edək ki, Salmasda bu gün 6 bal gücündə zəlzələ baş verib. Ötən gün isə Xoyda baş verən zəlzələ nəticəsində 150 nəfər yaralanıb.