Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor və baş həkim təyinatı olub.
Təyinatlarla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova isə Elmi-Tədqiqat İnstitutunun direktorun müavini – baş həkim vəzifəsinə təyin olunub.