Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 (iki yüz yetmiş beş) manat müəyyən edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu günədək tələbələrə verilən Prezident təqaüdünün məbləği 250 manat idi.