Ağac maşının üstünə düşdü – Sürücü öldü

0

Gürcüstanda ekstremal hava şəraiti 1 nəfərin həyatına son qoyub.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə Lançxuti şəhərində baş verib.

Belə ki, bölgədə güclü külək müşahidə olunur. Nəticədə küləyin qopardığı ağac avtomobilin üzərinə düşüb.

Avtomobilin sürücüsü hadisə yerində həyatını itirib.

Qeyd edək ki, Gürcüstanda kəskin hava şəraitinin hökm sürəcəyi barədə əhaliyə xəbərdarlıq edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »