Vasif Talıbovun qızı vəzifəsindən AZAD EDİLDİ

0

“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.

Modern.az Banka istinadən xəbər verir ki, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub.

Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərək, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.

Bundan başqa, indiyədək Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb və ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir, nizamnamə kapitaklı 94 milyon dollardır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »