“Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsinin qalibləri – VİDEO

0

MUZ TV-nin efirində yayımlanan “Ümid ilə Gəl” verilişində məktəblilərə sertifikat və pul mükafatı təqdim edilib. Nəzərinizə çatdıraq ki, həmin məktəblilər “Uşaqların Gələcəyi Naminə” təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı növbəti yazı müsabiqəsinin qalibləridir.

Bu barədə Avrasiya.net-ə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva məlumat verib.

Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Valday şəhərində qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrildi. Biz də təşkilat olaraq möhtəşəm zəfərə həsr edilən yazı müsabiqəsi keçirmək qərarına gəldik və nəticələri cənab Prezidentin ad günündə açıqladıq.

“Nidanın gücü, gücün nidası!” yazı müsabiqəsi V-IX sinifdə təhsil alan orta məktəb şagirdləri arasında keçirilib. Müsabiqəyə yazılar 01 dekabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək təqdim edilib. Şadirdlərin esseləri müxtəlif peşə sahiblərindən ibarət 5 ekspert tərəfindən dəyərləndirilib. Bütün yazılar ekspertlərə anonim olaraq təqdim edilib, 5 ballıq sistemlə qiymətləndirilib”.

Qeyd edək ki, ekspert qrupunun rəhbəri AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoydur.

Müsabiqənin yekunlarına əsasən I yerə 26 baIIa “Azadlıq tarixin tək itməyən dəyəridir!” məqaləsi ilə Xəzər rayonu Binə qəsəbəsi, Hövsan-Südçülük sovxozunun Rəşid Baxışov adına 218 saylı tam orta məktəbin 7g sinif şagirdi Aysu Nurməmmədova, ll yerə 24 balla “Nidanın gücü, gücün nidası!” Zəfər! – Biz onu çox gözləmişdik…” məqaləsi ilə Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin 6c sinif şagirdi Nərmin Sadıqova, III yerə 21 balla “Zəfərə aparan yol!” məqaləsi ilə Sabunçu rayonu, Mastağa qəsəbəsi Firuz Bayramov adına 22 saylı tam orta məktəbin 5c sinif şagirdi Nərmin Vəkiloğlu layiq görülüb. Verilişin aparıcısı Tarix Əliyev və təşkilat sədri bütün qaliblər adından Ali Baş Komandanımız Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Sonda K. Quliyeva müsabiqənin reallaşmasına göstərdikləri maddi dəstəyə görə savab əməl sahiblərinə – “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə dərin minnətdarlığını bildirib.

Tanrı Azərbaycanı Qorusun! Qarabağ Azərbaycandır!”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »