Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasında intihar hadisəsi baş verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, dekabrın 20-də 2002-ci il təvəllüdlü Şamil Qarayevin təhsil aldığı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasının 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Hazırda faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.