Zaxarovadan Laçın yolunun bağlanmasına reaksiya

0

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Laçın yolundakı vəziyyətlə bağlı açıqlama verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Zaxarova deyib:
“Biz Laçın dəhlizinin bağlanmasından narahatıq, buna tərəflər arasında filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqları səbəb olub. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlər ərzində vəziyyətin deeskalasiyası üçün fəal iş aparır”.

Zaxarova deyib ki, Rusiya çox yaxın gələcəkdə nəqliyyat əlaqələrinin bərpasına ümid edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »