Türkiyə kəşfiyyatı iki ölkədə əməliyyat keçirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriya və İraq ərazilərində eyni vaxtda əməliyyat keçirib.

“TRT Haber” xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının “yüksək vəzifəli” iki üzvü və onların 3 mühafizəçisi məhv edilib.

Belə ki, Türkiyə ordusuna qarşı hava zərbələrinin endirilməsini təşkil edən PKK-çı Osman Mutlu və terror təşkilatının propoqanda fəaliyyəti üzrə “məsul şəxsi” Songül Tarıncı, habelə birincinin 1, ikincinin isə 2 mühafizəçisi yüksək dəqiqlikli nöqtə zərbələri ilə zərərsizləşdiriliblər.

Bundan sonra da terrorçulara qarşı əməliyyatların davam etdiriləcəyi vurğulanıb.

Comments are closed.

Tərcümə »