Ötən gün Gəncə şəhərində baş verən silahlı insidentdə bıçaqlananlardan biri – 1994-cü il təvəllüdlü Niyazi Bayramov xəstəxanada dünyasını dəyişib.
Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Qeyd edək ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb, daha 2 nəfər isə yaralanmışdı.